Bərdədə iki azyaşlı çayda boğularaq ölüb.
Hadisə Bərdə şəhərində baş verib.
6 yaşlı Qurbanov İbrahim Zöhrab oğlu və 8 yaşlı Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar.
Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə qatılıblar.
Uşaqların əmioğlu olduğu bildirilir.
7NEWS.Az








