RU
Bərdədə narkotik vasitə becərən şəxs tutulub
16:44
1789

Bərdədə narkotik vasitə becərən şəxs tutulub

Bərdə rayonunda narkotik vasitə becərən şəxs tutulub.

DİN-in mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində Bəhruz Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfata baxış zamanı 219 qram marixuana aşkar edilərək götürülüb.

B. Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ