RU
Bərdədə piyadanı maşın vurub öldürüb
14:40
723

Bərdədə piyadanı maşın vurub öldürüb

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, mayın 18-də saat 22 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndi ərazisində kənd sakini Rizvan Şairov idarə etdiyi "QAZ-3110” markalı avtomobillə yolu keçən həmkəndlisi Xəlil Məmmədzadəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.
 
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ