RU
Bərdədə polis maşınla ikinci qrup əlili vuraraq öldürüb
19:10
162

Bərdədə polis maşınla ikinci qrup əlili vuraraq öldürüb

Bərdədə polis əməkdaşı şəxsi avtomobili ilə qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi "KİA” markalı avtomobillə qəflətən yola çıxan piyada, 1961-ci il təvəllüdlü ikinci qrup əlil Surxay Şahbazovu vurub.

Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Xəsarət alan şəxs xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ