Ölən və yaralananlar var.
Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib.
7news.az-ın “Report”-a istinadən verdiyi xəbərə əsasən, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Əli Məmmədova məxsus fərdi yaşayış evində baş verən partlayış evin yanmasına səbəb olub.
Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Yanğın nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
7news.az








