"Vətənim Sənsən” serialının baş rol ifaçısı Bergüzar Korel çox işləməkdən gileylənib.
Həyat yoldaşı Halit Ergençlə "Vətənim sənsən”də tərəf müqabili olan aktrisa rolunun azaldılmasını tələb etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib: "Mən rolumun deyil, iş saatının bir qədər azaldılmasını istədim. Nəticə etibarı ilə eyni evdən iki nəfər çalışır. Mən də o evin anası olduğum üçün belə bir xahiş anlaşılandır. Oğlum Əliylə daha çox vaxt keçirməliyəm".
Kino ulduzu serialdakı təcavüz səhnələri haqqında da danışıb: "Biz serialda hər şeyi bütün gerçəkliyi canlandırmağa çalışırıq. O səhnələr də o dövrdəki qadınların yaşadığı real hadisələrdir. Məncə, müzakirə edilməli daha mühüm səhnələr var".
Korel hamilə olması ilə bağlı yayılan şaiyələrə də münasibət bildirib: "Allah nəsib edərsə, olar. Lakin hələlik elə bir şey yoxdur"./publika








