Berlindəki bədbəxt hadisə nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
7News.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, bu barədə məlumat Azərbaycan səfirliyinə Almaniyanın hüquq-mühafizə orqanlarından daxil olub.
Xatırladaq ki, ötən gün Berlində Milad yarmarkasında Pakistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.//trend
7News.az








