Milad yarmarkasında yük maşını insanların üstünə sürüldüyü faciədə 12 nəfər ölüb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisi "Twitter” hesabında məlumat yayıb.
Daha öncə doqquz nəfərin öldüyü barədə məlumat yayılmışdı.
48 nəfər xəstəxanaya yerləşdirilib, onların bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qoşqulu yük maşını Berlinin qərb hissəsində Brayntşaydplats meydanında milad yarmarkasına gələn insanların üstünə sürülüb. Bu, yerli vaxtla saat 20:20-də baş verib. Bu saatlarda yarmarkada daha çox adam olur. Yük maşını bazar ərazisində 80 metrə yaxın yol gedib.
Almaniyanın DİN rəhbəri Tomas de Mezyer hadisənin terror olduğu qənaətinə gəlib. Sürücü hadisə yerindən qaça bilib.








