Rusiya prezidenti Vladimir Putin ad gününü qeyd edib.
Ad günündə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni də iştirak edib. Berluskoni Soçidə keçirilən ad günündə Putinə əl işi olan döşəkağı hədiyyə edib.
İtalyan mətbuatının xəbərinə əsasən, döşəkağının üzərində İtaliya və Rusiyanın məşhur abidələri-Vasiliy Blajenni kilsəsi və Kolizeyin fonunda iki siyasətçinin əl sıxması təsvir edilib.
Qeyd edək ki, Putin 7 oktyabr tarixində 65 illiyini qeyd edib. Rusiya lideri ad gününü iş başında keçirsə də, bir çox dostları onu təbrik edib./olke.az
7news.Az








