Gələn il dünyada istehsal olunacaq elektrik enerjisinin üçdə birinin bərpa olunan enerji mənbələrindən əldə ediləcəyi və hava şəraitinin də töhfəsi ilə bu mənbələrin kömürü üstələyərək ən böyük elektrik enerjisi istehsalı mənbəyinə çevriləcəyi proqnozlaşdırılır.
7NEWS.az xəbər verir ki, ötən il kömürdən 1,5 faiz artan elektrik enerjisi istehsalı bu il və gələn il azalacaq. Asiyada kömürdən elektrik enerjisi istehsalı artsa da, Avropa və ABŞ-da azalma bu artımı kompensasiya edəcək. Fosil yanacaqlardan elektrik enerjisi istehsalının struktur olaraq azalma tendensiyasında olduğu bu dövrdə bərpa olunan enerji mənbələri 2023 və 2024-cü illərdə qlobal elektrik tələbatının bütün artımını qarşılayacaq.
7NEWS.az








