RU
Berti Foqts azərbaycanlı məşqçi və futbolçulara söz atdı
20:35
725

Berti Foqts azərbaycanlı məşqçi və futbolçulara söz atdı

"Azərbaycan futbolunda inkişaf çox aşağı sürətlə gedir. Bu da məni məyus edir".

7News.az bildirir ki, bunu Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la "Höteborq" arasında bu gün keçiriləcək cavab görüşü öncəsi geniş yazı hazırlayan İsveçin "expressen.se" saytı Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb. Diqqətçəkən məqamlardan biri məhz Berti Foqtsun fikirlərinə də yer verilməsidir. Yığmamızın keçmiş çalışdırıcısı ölkəmizdə fəaliyyətdə olduğu illərdəki kimi, yenə azərbaycanlı futbolçuları tənqid edib.
 
70 yaşlı mütəxəssis məşqçilərimizə də söz atıb: "Uşaq və gənclərə daha çox diqqət ayırmaq lazımdır ki, onlar inkişaf etsinlər, peşəkar futbolçu olsunlar. Azərbaycanlı oyunçular özlərini çox rahat hiss edirlər. Onlar elə bilirlər ki, artıq hər şeyi bacarırlar və çətin məşqlərə ara verirlər. Mən isə bunu sevmirəm. Futbol Azərbaycan üçün çox vacibdir və sosial baxımdan sonuncu sırada deyil. Gələcək perspektiv baxımından ölkə düzgün yoldadır. Bu mənada nikbinəm. Klubları böyük stadionlara və akademiyalara malikdir. Amma hər şey infrastrukturla olmur. Futbolçuları və məşqçiləri inkişaf etmək üçün addım atmırlar. Mən meydanları boş görəndə qəzəblənirəm".
 
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb./apasport

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ