Heç bir İŞİD-çi peşmərgə döyüşçüsünün dırnağı belə ola bilməz. Bu səbəbdən Kürdüstan xalqı qürurlu və başı dikdir.
7news.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani Başika qəsəbəsində peşmərgə qüvvələrinin hərbi bazasını ziyarət etdikdən sonra təşkil edilən konfransda deyib.
“Son hücumda həlak olan peşmərgə döyüşçülərinin ailələrinə başsağlığı verirəm. Terrorçular son hücumlarını həyata keçirmək üçün bir aydan çoxdur ki, hazırlıq görürdülər. Onların planları fərqli idi. Daha çox əraziləri ələ keçirmək istəyirdilər. Lakin böyük zərbələr alaraq geri çəkildilər. 250-dən çox İŞİD-çi öldürüldü. Bütün döyüşlər bizlər üçün dərs olub. Bunları dəyərləndirməliyik. Zəif olduğumuz cinahları gücləndirməliyik”, - Bərzani deyib.
7news.az








