Beş gün əvvəl Biləsuvarda çayda batan oğlanın meyiti sudan çıxarılıb.
7News.az xəbər verir ki, bu barədə apa-ya hadisə yerində olan polis əməkdaşları məlumat veriblər. 12 yaşlı Elçin Mehdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehdiyev fevralın 25-də həyətdə velosipedlə oynayarkən Balharı çayına düşüb.
Faktla bağlı araşdırma aparılır.
7News.az








