RU
Beş günlük körpəni yolun kənarına atdılar
17:04
732

Beş günlük körpəni yolun kənarına atdılar

Sabirabad rayonunda yolun kənarında yeni doğulmuş körpə tapılıb.

7News.Az DİN-in saytına istinadən xəbər verir ki, rayon sakini Nəzarət İsmayılov Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə avtomobil yolunun kənarında sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağı görüb və evə aparıb.

O, uşağı dünən polis şöbəsinə təhvil verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ