RU
Beş min manatlıq qızıl oğurladı - FOTO
13:58
199

Beş min manatlıq qızıl oğurladı - FOTO

Zaqatala rayonunda ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilib. 

O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ