RU
Beş rayonda yanğın baş verib
15:40
801

Beş rayonda yanğın baş verib

Bu gün saat 00:45-dək 5 yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Neftçala rayonu, Xol Qarabucaq kəndində 10 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınklıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 49 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və yaxınlığında yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ucar rayonu, Boyat kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qusar rayonu, Bala Qusar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 100 kq ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yataq otağında 1 ədəd döşək yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb./sia

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ