RU
Beş səudiyyəli hərbçi Yəmənlə sərhəddə öldürülüb
18:20
461

Beş səudiyyəli hərbçi Yəmənlə sərhəddə öldürülüb

Səudiyyə Ərəbistanının biri zabit olmaqla 5 hərbçisi Yəmənlə sərhəddə öldürülüb.

7news.Az SPA xəbər agentliyinə istinadən xəbər verir ki, hərbçilər krallığın cənubunda Husi qiyamçıları ilə döyüşdə həlak olublar. Ölən zabitin kapitan Əhməd bin Vabil əl-Vabil olduğu bildirilir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı uzun zamandan sonra ilk dəfədir itkilərini etiraf edir. Belə ki, bundan əvvəlki qarşıdurmalarda itkilərin sayını ancaq Husi qiyamçıları açıqlayırdı.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ