RU
Beş uşaq atası Kür çayında boğuldu - YENİLƏNİB
17:30
666

Beş uşaq atası Kür çayında boğuldu - YENİLƏNİB

Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.

Hazırda onun axtarışları davam etdirilir. 

Qeyd edək ki, Kürdə batan şəxs beş uşaq atasıdır.

16:21

Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ