RU
Beşəmlərin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA
14:30
188

Beşəmlərin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

11.08.2022-ci il tarixində doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir.

TƏBİB-dən 7News.Az-a bildirilib ki, beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar:

"Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub "CPAP" rejimində respirator tənəffüs dəstəyi alır, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ