Suriyada hökumət gücləri və İran tərəfindən dəstəklənən qruplar Rusiya və Türkiyə arasında imzalanan Soçi razılaşması ilə təhlükəsiz zona elan edilən İdlib vilayətinə hücum edib.
İdlibin cənubu top atəşinə məruz qalıb.
Mülki müdafiə mənbələri ölü və yaralananlar haqqında məlumat olmadığını bildiriblər.
Xatırladaq ki, Soçidə sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlarının nəticəsinə görə iki ölkənin müdafiə nazirləri İdlibdə vəziyyətin sabitləşməsi haqqında memorandumu imzalayıblar və vilayətdə silahsızlaşdırılmış zonanın yaradılması barədə razılaşdılar. Müxalifət gücləri razılaşmaya uyğun olaraq, ağır silahlarını 2018-ci il oktyabrın 10-da təhlükəsiz zona elan edilən ərazilərdən çıxarıb.
Hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub./publika
7News.Az








