Suriyanın prezidenti Bəşər Əsədin hakimiyyətdən gedəcəyi tarix açıqlanıb.
Bu barədə məlumatı "Reuters" agentliyi Rusiyadakı mənbəyə istinadən yayıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın bir mənbə bildirib ki, Bəşər Əsəd 2021-ci ildə keçiriləcək prezident seçkisində bu vəzifəni başqa bir Suriya ələvisinə ötürəcək.
Mənbə növbəti seçkilərə qədər Əsəd hakimiyyətinə bəzi məhdudiyyətlər qoyulacağını, hələlik hakimiyyətin ötürülməsi ilə İranla razılığa gəlinmədiyini bildirib./olke.az
7news.Az








