Suriya prezidenti Bəşər Əsədin xərçəngə tutulmuş həyat yoldaşı Əsma Əsəd xalqa müraciət edib.
7news.Az xarici mediaya istinadən xəbər verir ki, Əsma Əsəd Tvitter səhifəsində bunları yazıb:
"Mən dünyaya mübarizəni, güclü olmağı öyrətmiş xalqın nümayəndəsiyəm. Mənim qətiyyətim sizin qətiyyətinizdən və güclü olmağınızdan asılıdır. Necə ki, bu illər ərzində nümayiş etdirmisiniz...”.
Qeyd edək ki, Əsma Əsəddə süd vəzi xərçəngi aşkarlanıb. Xəstəlik erkən mərhələdədir.
7news.Az







