Türkiyənin Aydın bölgəsində 1 yaşlı Huriyə Naz Aksel beşikdən əyilərək yerdən oyuncağı götürmək istəyərkən yıxılıb və şah damarı kəsilib.
Körpə yuxudan ayılandan sonra yerdəki oyuncağı götürmək istəyib. Bu zaman müvazinətini itirən uşaq yıxılıb və boğazının şah damarı zədələnib. Uşağın səsinə gələn anası otağa girəndə şoka düşüb. Körpə təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlayıb./publika









