"Lokomotiv"in hücumçusu Maykon "Beşiktaş"ın maraq dairəsinə düşüb.
Braziliyalı forvardın müqaviləsi mövsümün sonunda bitdiyinə görə Moskva klubu əlverişli məbləğ qarşılığında transferə razılıq verə bilər.
Maykon 2010-cu ildən "dəmiryolçular"ın şərəfini qoruyur. Bu mövsüm onun aktivində 4 qol var. "Beşiktaş" mövsümün əvvəlində "Porto"dan Vinsent Abubakarı icarəyə götürsə də, o, Mario Qomezin boşluğunu doldura bilməyib.








