Taylandda yeni doğulmuş qız uşağı beşinci mərtəbədən düşüb və banan yarpaqları sayəsində sağ qalıb.
7News.Az "Daily Mail” nəşrinə istinadla xəbər verir ki, hadisə Samutprakan vilayətində baş verib.
Yerli sakinlər binanın arxasından körpə səsi eşidiblər və ora baxdıqda banan yarpaqlarının üzərində uşağın ağladığını görüblər.
Uşaq heç bir xəsarət almayıb. Polis hesab edib ki, uşağı pəncərədən anası atıb. Onlar ananın axtarışına başlayıb və ona qarşı qətl törətməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
7News.Az








