Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Oqtay Zülfüqarov vəfat edib.
Bu barədə bəstəkarın qızı Leyla Zülfüqarova məlumat verib.
Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
Cahangir, Züleyxa, Leyla adında 3 övladı var.
Oqtay Zülfüqarov "Əlibaba və 40 quldur" və "Sehrli alma" librettolarının , "Meşə nağılı", "Pişik və sərçə" – operalarının, "Şəngülüm, Şüngülüm, Məngülüm" , "Xoruz”, "Onadək sayıram" "Laylay" , "Top oynayaq", "İlk mahnılarım", "Telefon", "Uşaq mahnıları" və digər uşaq mahnılarının müəllifi olub. /azvision.az
7News.Az








