RU
Bethovenin sirlərini saç telləri açdı
14:54
101

Bethovenin sirlərini saç telləri açdı


Beş saç nümunəsi 56 yaşında dünyasını dəyişən məşhur bəstəkar Lüdviq van Bethovenin DNT-sində gizlənən faktları üzə çıxarıb.  

7NEWS.az xəbər verir ki, Kembric Universitetinin bir qrup tədqiqatçısı ilk olaraq Avropa və ABŞ-dakı kolleksiyalardan 8 saç nümunəsi ilə təhlillərə başladı. 

Lakin onlardan biri analiz edilə bilməyəcək qədər zədələnmişdi. Onların ikisinin Bethovenə aid olmadığı ortaya çıxdı. Belə ki, komanda 5 nümunə ilə işlərini davam etdirərək ilk dəfə bəstəkarın genomunun ardıcıllığına nail olub. 

Saç tellərindən əldə edilən DNT analizi 1770-ci ildə Almaniyada anadan olmuş məşhur bəstəkarın ölümü ilə bağlı yeni məlumatlar üzə çıxarıb. Məlumatlar Bethovenin genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğunu və ölümündən aylar əvvəl hepatit B xəstəliyinə tutulduğunu ortaya qoydu. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ