RU
Bətnindəki körpəsi və ayağını itirdi - Əri tərəfindən işgəncəyə məruz qalan qadının FACİƏSİ
16:30
467

Bətnindəki körpəsi və ayağını itirdi - Əri tərəfindən işgəncəyə məruz qalan qadının FACİƏSİ

Qaziantəpdə 7 il boyunca ərindən işgəncə görən qadın həm bətnindəki körpəsini, həm də ayağını itirib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar zamanı kişinin həyat yoldaşına "Səni yavaş-yavaş öldürəcəyəm" dediyi ortaya çıxıb. 

7 il boyunca əri M. A. A tərəfindən işgəncələrə məruz qalan Çağlat Aşkın məhkəmədə açıqlamasında ayaqlarından güllələndiyini bildirib: "O mənə dedi ki, səni həmin an öldürməyəcəm, yavaş-yavaş işgəncə verərək öldürəcəyəm. Səbəbsiz yerə qısqanırdı. Bir gün də məni vəhşicəsinə döyüb, sonra bıçaqladı. Kömək istəməyim deyə ağzımı bağlamışdı. Övladımı aldığım ağır travma nəticəsində itirdim”.

Bətnindəki körpəsi və ayağını itirdi - Əri tərəfindən işgəncəyə məruz qalan qadının FACİƏSİ
Bətnindəki körpəsi və ayağını itirdi - Əri tərəfindən işgəncəyə məruz qalan qadının FACİƏSİ
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ