Uqandada bəy toydan bir gün sonra ölüb.
7News.Az xəbər verir ki, bu barədə "Tuko" yazır.
Belə ki, 25 yaşlı Roy Vatuulo nişanlısı Anita ilə Uqandanın Xristian Universitetinin ibadətgahında toy edib. Gənclər həmin universitetin məzunu olublar, bəy atası isə bu təhsil ocağının dekanıdır.
Toydan bir gün sonra Roy kilsədə ibadət edərkən qəfildən boğulmağa başlayaraq huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan gənc elə orada dünyasını dəyişib.
Onun ölümünə səbəb sol ağciyərində trombun qopması olub.
Royun bir müddət öncə İsraildə aqronom ixtisası üzrə magistr təhsili alıb qayıtdığı və Kapçorva şəhərində ixtisası üzrə işlədiyi qeyd olunur.
Yaxınları və dostları onun ağıllı, sakit və təvazökar bir insan olduğunu və hələ də öldüyünə inanmadıqlarını deyirlər.
7News.Az








