RU
Beyləqan icra başçısı Vaqif Abdullayevin
22:52
1300

Beyləqan icra başçısı Vaqif Abdullayevin "Azərsu" şefini təhqir etməsi ilə bağlı yayılan məlumat təkzib olundu - AÇIQLAMA

7News.az-ın məlumatına görə 06 noyabr 2015-ci il tarixdə "Beyləqanda icra başçısı Vaqif Abdullayev "Azərsu" şefini təhqir etdi: Allah Qormaz Hüseynovun başına özü boyda daş salsın" başlıqlı yazı dərc edilmişdi. Yazı saytın elektron poçt ünvanına daxil olan məlumat əsasında hazırlanmışdır. Məlumata görə 4 noyabr tarixində icra başçısının qəbulu zamanı qalmaqal baş verib. Belə ki, hadisə ilə bağlı saytımızı məlumatlandıran mənbənin iddiasına görə vətəndaşları qəbul edib, onların problemlərini dinləyən və lazımı tədbirlərin görülməsi üçün tapşırıq verən Vaqif Abdullayev qəbulun sonunda ciddi şəkildə əsəbləşərək"Azərsu"ASC sədri Qorxmaz Hüseynovu ağır şəkildə söyüb.

Saytımızın təhlil qrupunun apardığı araşdırmadan sonra məlum olub ki, poçtumuza daxil olan məlumatlar həqiqəti əks elətdirmir. Bu mənada biz də 7News.az olaraq məlumatın həqiqətə uyğun olmadığını bəyan edirik.

7News.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ