RU
Beyləqanda 20 yanvar faciəsinin 26-cı ildönümü keçirildi
14:45
486

Beyləqanda 20 yanvar faciəsinin 26-cı ildönümü keçirildi

Beyləqan  rayonunda 20 yanvar 2016-ci il tarixdə şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında ümumrayon tədbiri keçirildi.
 
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etdi.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi. Vaqif Abdullayev bildirdi ki, sovet ordusunun döyüş hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini və etirazını bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın. 
İcra başçısı çıxışında qeyd etdi ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərliyi altında ölkəmizin daha da güclənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun ən güclü ordulardan biri olması üçün ölçüyəgəlməz işlər görülür. Dünyanın aparıcı dövlət başçıları ilə aparılan danışıqlar bir daha onu göstərir ki, Prezidentimizin Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyi öz nəticəsini verəcək. Ail Baş Komandanımızın dediyi kimi əks halda Azərbaycan ordusu öz sözünü deyəcək və işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir. Tədbirin sonunda rayon ictimaiəti və minlərlə vətəndaş 20 yanvar abidəsinin önünə qərənfillər düzdülər.
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ