RU
Beyləqanda 81 yaşlı atlını maşın vuraraq öldürüb
12:59
416

Beyləqanda 81 yaşlı atlını maşın vuraraq öldürüb

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Şahsevən kəndində qeydə alınıb. Rayon sakini Həsənağa Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu atla keçən kənd sakini, 81 yaşlı Allahyar Azadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A. Azadov noyabrın 22-də orada ölüb.
 

Faktla bağlı araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ