RU
Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
12:30
170

Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülən tədbirlərlə o saxlanılıb.

Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ