Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb.
7NEWS.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.
Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
-----
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.
7NEWS.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
7NEWS.Az








