RU
Beynəlxalq Banka bomba “qoyan” şəxs ruhi xəstə çıxdı
15:31
399

Beynəlxalq Banka bomba “qoyan” şəxs ruhi xəstə çıxdı

Prosesdə Vəliyevin anlaqsız olması üzə çıxıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Hidayət İslam oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesə hakim Rauf Əliyev sədrlik edib.

Prosesdə Hidayət Vəliyevin anlaqsız olması üzə çıxıb. Buna görə də o, törətdiyi cinayət məsuliyyətindən azad edilib. Məhkəmə onun barəsində ümumi tipli psixatriya stasionarlarında məcburi tibbi müalicə təyin edib.

Qeyd edək ki, hadisə bu il baş verib. H.Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək Azərbaycan Beynəlxalq Bankının ofisinə bomba qoyulması barədə məlumat verib. Daha sonra onun verdiyi məlumatın yanlış olduğu aşkarlanıb.

İbtidai istintaq zamanı H.Vəliyevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyənləşib. H.Vəliyev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ