RU
Beynəlxalq Bankdan bomba
20:15
733

Beynəlxalq Bankdan bomba

Azərbaycan Beynəlxalq Bankının (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır.

7news.az xəbər verir ki, ABB-dən Trend-ə verilən məlumata görə, filial artıq normal iş rejiminə qayıdıb: "Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb".

ABB-dən bildiriblər ki, hazırda zəngin haradan daxil olduğu araşdırılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ