IOC-un sözçüsü Mark Adams Rusiya Olimpiya Komitəsinin oktyabrın 5-də atdığı addımın Ukrayna Olimpiya qurumunun ərazi bütövlüyünü pozduğunu bildirib.
7NEWS.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) Rusiya Olimpiya Komitəsinin şərqi Ukraynanın 4 bölgəsində idman təşkilatlarını birləşdirməklə Olimpiya Xartiyasını pozduğunu əsas gətirərək fəaliyyətini dayandırıb. Rusiya Olimpiya Komitəsinin oktyabrın 5-də atdığı addımın Ukrayna olimpiya qurumunun ərazi bütövlüyünü pozduğunu deyən IOC-un sözçüsü Mark Adams, dayandırma qərarının hələ ki, gələn il Paris Olimpiadasında bitərəf rusiyalı idmançıların yarışma ehtimalına təsir etmədiyini bildirib.
7NEWS.az








