Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq "Prezident Kuboku" Reqatası keçirilir. Reqataya Azərbaycan, Gürcüstan və Ukraynanın üst-üstə 150-dən çox idmançısı qatılıb.
Budəfəki Prezident Kuboku 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları öncəsi ilin ilk sınağı sayılır. 3 növ üzrə 4 idmançı - akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, eləcə də kayakçı İnna Osipenko Radomskaya və kanoeçi Valentin Demyanenko hələ ötən il Rio-2016-ya lisenziya qazanıb. Demyanenko hazırda Belarusda təlim-məşq toplanışındadır. Daha bir lisenziya sahibi - kanoe-slalomçu Yure Meqliç də hazırda ölkəmizdə bu növ üzrə şərait olmadığı üçün xaricdə hazırlıq keçir.
Aleksandrov - Yotov dueti, eləcə də Osipenko-Radomskaya "Prezident Kuboku"nda mübarizə aparır. Bu reqata həm də gələn aydan start götürəcək Dünya Kubokunun mərhələləri və "Rio-2016"ya lisenziya xarakterli təsnifat reqataları üçün heyətin müəyyənləşdirilməsi baxımından önəmlidir. Qaliblər akademik avarçəkmə, eləcə də kayak və kanoe növlərində qazanılmamış lisenziyalar uğrunda mübarizə məqsədilə təsnifat reqatalarına qatılacaqlar.
İkinci yarış günündən çəkilən fotolar aşağıdakı linkdə








