RU
Beynəlxalq QHT-lər Metsamora qarşı birləşir
21:00
1488

Beynəlxalq QHT-lər Metsamora qarşı birləşir

02 iyun 2016-cı il, saat 11:00-da Türkiyə, İsrail, Ukrayna, İran, Belarusiya, Rusiya, Qazağıstan, Ermənistan, Gürcüstan və Azərbaycan QHT-lərinin iştirakı ilə “Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçiriləcək. 
Konfransda 1976-cı ildə istifadəyə verilmiş və artıq istismar müddəti bitmiş Metsamor AES-in region üçün törətdiyi təhlükə ilə bağlı yerli və beynəlxalq ekspertlərin məruzələri dinləniləcək. 

Toplantının sonunda Metsamor AES-in bağlanmasına nail olmaq üçün koalisiya yaradılacaq və beynəlxalq ictimaiyyətə müraciət qəbul olunacaq./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ