RU
Beynəlxalq təşkilatlar aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb
23:30
2158

Beynəlxalq təşkilatlar aclığın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərliyi Ukraynadakı vəziyyətlə əlaqədar dünyada ərzaq təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıblar.

Bu barədə dərc olunmuş birgə bəyanatda deyilir.

"Biz beynəlxalq ictimaiyyəti təcili ərzaq tədarükü, maliyyə dəstəyi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və açıq ticarətdən başlamaqla koordinasiyalı tədbirlər vasitəsilə həssas ölkələrə təcili dəstək verməyə çağırırıq”, - məlumatda qeyd edilir. /report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ