7NEWS.az xəbər verir ki, bu sözləri Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədi Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimdə çıxışı zamanı deyib. N.Məmmədi Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətində çatdırılmasında böyük rol oynadığını deyib. O, qeyd edib ki, onlarla jurnalist qələmini süngüyə çevirərək Vətən müharibəsinə qatılıb, böyük qəhrəmanlıq və şücaət göstəriblər. Bundan başqa, 50-yə yaxın jurnalist döyüşlərin getdiyi bölgədə fəaliyyət göstərib, düşmənlə informasiya savaşında böyük əmək sərf ediblər.
N.Məmmədli vurğulayıb ki, Azərbaycan dövləti jurnalistlərin Vətən müharibəsində göstərdyi xidməti yüksək qiymətləndirib. Şöbə müdiri söyləyib ki, M.İbrahimov və S.Abışov da İkinci Qarabağ müharibəsi dövründə daimi ən qaynar nöqtələrdə peşə fəaliyyətlərini yerinə yetiriblər, bu zaman düşmənin basdırdığı minaya düşərək şəhid olublar. O, təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar hələ də M.İbrahimov və S.Abışovun minaya düşərək şəhid olmalarına obyektiv qiymət verməyiblər.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib. (report)
7NEWS.az <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_221009_165027_908.sdocx -->