Dünyaca məşhur ulduz Beyonsun yay istirahəti zamanı xeyli çəki alması diqqətdən qaçmayıb.
Dietoloqlar müğənniyə irad tutublar.
Məşhurların dietoloqu Liza DeFazio Beyonsun 66 kiloqram olduğunu deyib:
"Onun boyu 169-dur. Mayda qala gecəyə qatılan zaman çəkilən fotolarına baxanda 56 kiloqram olduğu görünür. Beyons qızı dünyaya gələndən sonra "veqan" pəhrizi ilə 27 kiloqram arıqlamışdı. Bir insan ömrü boyu bu pəhrizi saxlaya bilməz. Onu dayandıran kimi kökəlmə baş verir".
Digər dietoloq Nataşa Fett isə müğənninin hətta sellülitlərinin yarandığını vurğulayıb./milli
7news.az










