RU
22:50
518

"Bəzən yataqda olanda da tvit yazıram"

Amerika prezidenti Donald Tramp tvitter sosial şəbəkəsi ilə bağlı etiraf edib.

7News.Az sputniknews-a istinadla xəbər verir ki, Britaniyada yayımlanan ITV kanalında aparıcı Piers Morgana açıqlama verən prezident yuxudan oyanan kimi Tvitter-ə girib, paylaşım etdiyini dilə gətirib.

"Bəli, bəzən yataqda olanda, bəzən nahar zamanı tvit atıram. Amma, əsasən, səhər saatlarında boş vaxtım olur.

Bəzən paylaşım etməyi başqasına tapşırsam da, ümumilikdə statusların çoxunu şəxsən özüm yazıram", - prezident söyləyib.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ