RU
Bəzi alış-verişlərə görə ƏDV-ni niyə geri almaq olmur? - Video
15:00
598

Bəzi alış-verişlərə görə ƏDV-ni niyə geri almaq olmur? - Video

Bu il may ayından etibarən vətəndaşlar müəyyən xidmətlərdən istifadə və ya alış-veriş zamanı ödədikləriədv-nin bir hissəsini geri qaytara bilmək şansı əldə etdilər. Hazırda isə əksər yerlərdə bu xidmətdən yararlana bilmirlər. 

7News.Az xəbər verir ki,vətəndaşlar bəzi obyektlərin xidmətlərindən yararlanan zaman ƏDV-nin bir hissəsini geri qaytara bilsələr də, əksər yerlərdə bu mümkünsüzdür.

Dövlət vergi xidmətinin şöbə müdiri Məmməd Quliyev deyib ki, hansısa bir obyektdə ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılmırsa, demək ki, sahibkar sadələşdirilmiş vergi ödəyicisidir.

Məmməd Quliyevin sözlərinə görə, vətəndaş xidməti şəxsin sadələşdirilmiş, və ya ƏDV ödəyicisi olduğunu ona təqdim edilən çek əsasında müəyyən edə bilər.

Qeyd edək ki, köhnə nəsil kassa aparatlarından istifadə də ƏDV-nin bir hissəsinin geri qaytarılmasına imkan vermir. Məmməd Quliyev bildirib ki, 2021-ci il 1 aprel tarixinədək Bakı, Sumqayıt və Gəncə şəhərlərində,2022-ci ilin sonuna kimi Respublika üzrə bütün obyektlər yeni nəsil kassa aparatları ilə təmin olunacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ