RU
Bəzi hemodializ xəstələrinin əlilliklərinin ləğv olunmasının səbəbi açıqlanıb
19:40
296

Bəzi hemodializ xəstələrinin əlilliklərinin ləğv olunmasının səbəbi açıqlanıb

"Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə araşdırması nəticəsində xeyli sayda hemodializ xəstəliyinə görə əlillik dərəcəsi alan şəxsə əsassız əlillik təyinatının aparıldığı müəyyən olunub”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, aydınlaşdırılıb ki, həmin şəxslər Səhiyyə Nazirliyi tərəfindən heç bir hemodializ müalicəsi almayıb: "Həmin şəxslərin reyestrdə adlarının olmaması müəyyən olunub. Buna görə də həmin şəxslərin əlillik dərəcələri ləğv olunub”.

İ. Yusifov onu da bildirib ki, heç bir xəstəlik və yaxud qrup üzrə əlillik dərəcəsinin təyininə əngəl yoxdur: "Problem dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin dolğun şəkildə tərtibindən ibarətdir".


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ