RU
Böhran dövründə bu qidalardan istifadəni edin
14:49
1169

Böhran dövründə bu qidalardan istifadəni edin

“Onların qiymətində elə artım olmayıb”.

İnsanlar indiki vəziyyətdə həm ekoloji təmiz, həm də sağlamlıq üçün təhlükə törətməyən ucuz kənd təsərüffatı mallarından istifadə edə bilərlər. 

7News.Az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a qeyd edib.

Ekspert indiki vəziyyətdə daha çox kənd təsərrüfatı bitkilərinə üstünlük verməyin vacib olduğunu bildirib: 

“İnsanlar indiki vəziyyətdə həm ekoloji təmiz, həm də sağlamlıq üçün təhlükə törətməyən ucuz kənd təsərüffatı mallarından istifadə edə bilərlər. Turp, göyərti və yumurtayla qızardılmış, kartofla qarışdırılmış qidalar həm xeyirlidir, həm də ki, ailə büdcələrinə uyğun gələ bilər.

Artıq unun qiymətində sabitik yarandığı üçün təbii ki, xəmirdən hazırlanmış makaron, vermeşil kimi qida məhsullarından da istifadə edə bilərlər”.

AİB sədri balıq, toyuq məhsullarından da istifadənin mümkünlüyünü , lakin əti əvəz edən soya adlı bitkinin çox qorxulu və təhlükəli olduğunu xüsusi vurğulayıb:

“Ailə büdcələrinə uyğun olaraq ətin qiymətində ciddi dəyişiklik olmayıb, bu yaxşıdır. Həmçinin toyuq və balıqdan da istifadə edə bilərlər. Çünki onların qiymətində elə artım olmayıb. Əti əvəz edən soya bitkisindən birmənalı şəkildə uzaq olsunlar. Çünki soya geni modifikasiya olunmuş qida məhsuludur. Soyanın yağından, pendirindən, soyanın südündən uzaq olsunlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ