RU
Bığ kəsməklə yox işi - bığı özündən uzun kişi - VİDEO
16:15
798

Bığ kəsməklə yox işi - bığı özündən uzun kişi - VİDEO

46 ildir bığına qayçı dəymir. Türkiyənin Çankırı şəhərində yaşayan Necati Çelik adlı sakin dünyanın ən uzun bığına sahib olan insanlardan biridir.   1970-ci ildə  gənclərin saçlarını uzatmasına əsəbiləşərək bığlarını uzatmağa qərar verən   türkiyəli o gün bu gündür bığını kəsməyib.

Bu qeyri-adi bığa görə   illərdir Pala ləqəbi ilə çağırılan Necati qəribə görünüşünə  qəribə məsəllə haqq qazandırır. Deyir ki, Allah qoça buynuz, kişiyə də bığ verib.

Necati Çeliyin  46 ildir kəsmədiyi bığının uzunluğu  2.45 metrə çatır.  Bığlarını şarf kimi boynuna dolayan türkiyəli onunla fəxr edir.  Onun fikrincə bığ kişilərin sahib olduğu ən dəyərli şeydir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ