7News.Az xəbər verir ki, kanadalı Brian Zembic dostunun ona təklif etdiyi pul qarşılığında sinəsinə silikon vurdurub.
1960-ci ildə anadan olan Zembic kiçik yaşlarından yaxşı nərd və «iyirmi bir» adlı kart oyununda göstərdiyi məharətlə məşhurluq qazanıb.
Amma ona ən böyük məşhurluq gətirən hadisə 1996-cı ildə baş verib. Zembic kimi yaxşı qumar oynamağı bacaran Jobo dostuna «sinənə silikon vurdurub, bir ilə elə yaşasan sənə yüz min dollar pul verəcəm» deyib.
Qumarbaz kişi pulun məbləğini eşidən kimi dərhal dostunun təkifi ilə razılaşıb. Zembic mərcə girdiyi dostunun dediyi kimi əməliyyat olunur və bir il həmin silikon sinə ilə gəzib.
Bir ilin tamamında hazırki məzzənə ilə təxminən yüz əlli min dollar pul əldə edir. Ən maraqlı hadisə isə kişi pulu aldıqdan sonra baş verir. Zembic silikon silə ilə bir il ərzində gəzəcəyi barədə razılaşsa da, ilin tamamında sinəsi xoşuna gəldiyi üçün əməliyyat olunmamaq qərarına gəlib.
Brian hadisənin üzərindən 20 il keçməsinə baxmayaraq silikon sinə ilə həyatına davam edir./missiya.az/









