Qeyd edək ki, "Smert” Tofiqin atası çox zəngin biri olub, indiki Beyləqan rayonu ərazisində şərab zavodunun baş mühəndisi işləıyib və oğluna o zaman üçün hər kəsin almağa gücü çatmadığı təptəzə Jiquli avtomobili hədiyyə edib. Smert Tofiq isə avtoşluğu ilə nəinki Gəncədə, bütün keçmiş Sovet İttifaqında məşhur olub. Onun haqqında gəzən əhvalatlara görə sevdiyi qızın evinin qarşısında asfalt üzərində avtomobilin təkərləri ilə "Səni sevirəm” sözlərini yazıb. Həmçinin saatda 100 km sürətlə sürdüyü avtomobildən qapını açıb yerdən kibrit qutusunu götürərkən sol əlinin barmaqlarının qapı arasında qalaraq kəsildiyi deyilir. Başqa bir iddiaya görə isə, bir dəfə Tofiq vurulduğu qızın mindiyi tramvayın arxasınca düşüb tramvayın yan-yörəsinə keçirmiş. Bu zaman qarşı tərəfdən başqa bir tramvayın gəldiyini görən Smert Tofiq avtomobili 2 təkər üzərinə qaldıraraq iki tramvayın arasında hərəkəti davam etdirir./Yenilik.az








