RU
Bibisini baltalayaraq öldürən hakim qarşısında
12:56
411

Bibisini baltalayaraq öldürən hakim qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin məhkəməsi başlayıb.

Hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses aprelin 9-da davam etdiriləcək.

 

İttihama görə, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan  1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ